Rüstəm Muradovun qohumu Ukraynada öldürüldü

Azərbaycandakı rus sülhməramlı kontingentinin keçmiş komandanı, general-leytenant Rüstəm Muradovun qohumu Ukraynada öldürülüb.

Bu barədə “Baza” Teleqram kanalı məlumatb yayıb.

Məlumata görə, 27 yaşlı Salman Süleymanov tağım komandiri idi. Yanvar ayının əvvəlindən Ukrayna ilə sərhəddə xidmət edirdi. Salman aprelin sonunda döyüş əməliyyatları zamanı öldürülüb.

Həmin vaxt general-leytenant Rüstəm Muradov da aldığı yaralardan hospitalda müalicə olunurdu. Ona qohumunun ölümü barədə xəbər verəndə xahiş edib ki, basdırmaq üçün onun heç olmasa sümüyün tapsınlar.

Məlumatda qeyd olunub ki, Salmanın meyitinin qalıqları Dərbənd şəhərinə gətirilərək, orada dəfn olunub.

Hamısını Göstər

Related Articles

Back to top button