Səlim Müslümov YAP-dan çıxarıldı

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Yeni Azərbaycan Partiyasından (YAP) xaric edilib.

Unikal.org məlumatına görə, o, partiyanın Yasamal rayon təşkilatının üzvlüyündən çıxarılıb.

Qeyd edək ki, S.Müslümov korrupsiya əməllərinə görə fevral ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb.

Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hamısını Göstər

Related Articles

Back to top button
Close