Şəmkirdə narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb VİDEO

 

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan, əvvəllər də analoji əməlinə görə məhkum olunmuş 38 yaşlı E.Əliyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, onun üzərindən və evindən 2 kiloqramdan çox tiryək, marixuana və metamfetamin aşkar edilərək götürülüb.

Saxlanılan şəxs narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, E.Əliyev barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button