Sərkisyanın Putinə yalvarışı: daha bir erməni hiyləsi

Ermənistanın hakimiyyət nümayəndələri özlərini alçaltmaqdan, hər məsələyə görə Moskvaya yalvarmaqdan yorulmurlar.

Bu sözləri politoloq Elxan Şahinoğlu Ermənistan Prezidenti Armen Sərkisyanın Rusiya Prezidenti Vladimir Putinə müraciətini şərh edərkən deyib.

O bildirib ki, Paşinyan müharibə günlərində Putini telefon zəngləri ilə bezdirmişdi, indi də Armen Sərkisyan növbəyə dayanıb:

“Sərkisyan Putinə məktub göndərib. Məktubunda Putinin Ermənistan-Azərbaycan sərhədinin müəyyənləşməsinə yardım etməsini istəyir. O, müharibənin dayandırılmasına görə Putinə bir daha minnətdar olduğunu yazaraq sərhəd məsələsinə toxunub: “Təəssüf ki, Ermənistanla Azərbaycan arasında sərhədin müəyyənləşməsində təhlükə yaradacaq mübahisələr yaranıb. Yeni gərginlik ocağının yaranmaması məqsədilə Sizin köməyinizə ehtiyacımız var”.

Politoloq bildirib ki, sərhəd məsələsinə üçüncü dövlətin qarışmasına heç bir ehtiyac yoxdur:

“Ermənilər uzun illər işğal altında saxladıqları rayonlarımızda sərhəd dəyişikliyi həyata keçiriblər, bəzi hallarda sərhədi bir neçə kilometr irəli çəkiblər. Məqsəd isə rayonların geri qaytarılacağı halda sərhəd mübahisəsinə nail olmaq və buradan ərazi qazanmaqdır. Ermənilərin işğalçı mahiyyəti, gözünün qonşu torpağında olmasının daha bir sübutudur bu. Buna imkan verə bilmərik və vermirik də. Bütün sərhəd santimetrinə qədər dəqiqləşdiriləcək”.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button