Şəmkirdə mağazalardan oğurluq edən şəxs saxlanılıb

Şəmkir rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən
əməliyyat-axtarış tədbirləri nəticəsində özgənin əmlakını gizli yolla talamaqda
şübhəli bilinən Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş Mirpaşa
Rəhimov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata
görə, saxlanılan şəxsin ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində
məlum olub ki, o cari ilin oktyabr ayında rayonun Dəllər qəsəbəsində yerləşən 3
mağazadan ümumi dəyəri 7610 manat olan nağd pul, kompyuter, mobil telefon və
tütün məmulatlarını oğurlayıb.
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Hamısını Göstər

Related Articles

Back to top button