Şəmkirdə piyadanı vurub qaçan sürücü saxlanılıb

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis
kapitanı Eşqin Qasımov
Noyabr ayının 17-də, Şəmkir rayon Polis Şöbəsinə (RPŞ) rayonun Yeni
Həyat kənd yolundan naməlum kişi meyiti olması barədə məlumat daxil olub.
Məlumat ilə əlaqədar Şəmkir rayon Polis Şöbəsinin və Rayon Prokurorluğunun
əməkdaşları dərhal hadisə yerinə gələrək araşdırmalar aparıb. İlkin araşdırmaların
nəticəsində görə, ölmüş şəxsin rayon sakini, 1983-cü il təvəllüdlü Yalçın
Məmmədov olması və avtomopil vurması nəticəsində ölməsi məlum olub.
Şəmkir RPŞ-nin əməkdaşlarının keçirdikləri təxrəsalınmaz istintaq-əməliyyat
tədbirləri nəticəsində qəzanı törədərək hadisə yerindən yayınan şəxsin kimliyi
müəyyən edilib. Araşdırmalar zamanı hadisəni rayon sakini, 1992-ci il təvəllüdlü
Vicay İbrahimovun “VAZ 2106” markalı avtomobil ilə törətməsi, daha sonra
hadisə yerindən qaçması müəyyən edilib. Hazırda həmin şəxs barəsində Cinayət
Məcəlləsinin 263.2 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını
pozma) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddəsi ilə cinayət işi
başlanıb, araşdırmalar davam etdirilir.

Hamısını Göstər

Related Articles

Back to top button