Şəmkirdə sərxoş kişi özünü yandırıb.

Şəmkir sakini yanıq xəsarətləri alıb.

Məlumata görə, hadisə rayonun Abbaslı kəndində qeydə alınıb.

35 yaşlı Samir Mehdiyev bədənin bir çox hissəsinin yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə 35 yaşlı S.Mehdiyev həmin vaxt sərxoş olub. O, üzərinə benzin tökərək özünü yandırıb. Faktla bağlı araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button