Şəmkirdə siqaret yanğına səbəb olub, kişi və qadın ağır xəsarətlər alıblar

Şəmkir rayonunun Zəyəm Cırdaxan kəndində 2 nəfər ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb, vəziyyətləri ağırdır.

“Report”un Qərb bürosunun məlumatına görə, Şəmkir rayon sakini, 1999-cu il təvəllüdlü E.İsmayılov və 2004-cü il təvəllüdlü N.Cəfərova qaldıqları evin yataq otağında ehtiyatsızlıqdan baş vermiş yanğın nəticəsində ağır xəsarətlər alıblar.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri ağır olduğundan Bakı şəhərində yerləşən xəstəxanaların birinə köçürülməsi nəzərdə tutulub.

Qeyd edək ki, yanğının E.İsmayılovun çəkdiyi siqaretin yatağına düşməsi nəticəsində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button