Şəmsəddin Əliyev: “Avropa Polisini, Azərbaycan polisi ilə də müqayisə etməyinizi tövsiyə edərdim.”

Son zamanlar ölkədə Azərbaycan Polisinin qanuni fəaliyyətinə kölgə salmaq istəyənlər var.Yevlaxda polis əməkdaşı tərəfindən məktəblinin döyülməsi ilə bağlı jurnalist tərəfindən heç bir araşdırma aparılmadan yayılması;-Taksi fəaliyyətilə məşgul olan sürücünün polisin qanuni tələblərinə tabe olmaması faktı təsdiqini tapsa da, sosial şəbəkələrdə başqa cür,geniş tirajlanması narahatlıqla qarşılanır.Yevlax şəhərində baş verən olay hazırda Yevlax şəhər prokurorluğu tərəfindən araşdırılır.Yayılan məlumatlardan məlum olur ki,Yevlax şəhər polis şöbəsinin əməkdaşı xidmətdən sonra məktəbli övladının döyülməsi faktı ilə əlaqədar məktəbə getmiş və övladını döyən digər məktəbliyə guya yüngül xəsarətlər yetirmişdir.Faktla bağlı şəhər prokurorluğunda artıq prosesual araşdırma aparılır.Nəticəsini gözləmədən nə isə yazıb yaymaq, qəbuledilməzdir!Konstitusiyanın 63-cü məddəsini rəhbər tutsaq ,hər kəsin təqsirsizlik prezumpsiyası var. Polis haqqında deyilənlər ehtimala söykəndiyindən əsas sayıla bilməz.Məhkəmənin hüquqi qüvvəyə minmiş müvafiq aktı yoxsa ,kimisə günahlandırmaq hüquqi dövlətin prinsiplərinə ziddir.Bu, Konstitusion tələbdir.Bəzi media xəbər portallarının məlumatı səhih və obyektiv araşdırmadan,qarşı tərəfin-ən azı- DİN-nin mətbuat xidmətinin münasibətini öyrənmədən məlumatı yayması media naşılığıdır, cinayətkarlıqla mübarizə aparan spesifik səlahiyyətlərə malik bir dövlət qurumunun fəaliyyətini gözdən salmaqdan başqa bir şey deyil.Heç kim sadəlövhlüyə qapılmasın!Polisin bütün fəaliyyəti Kollegiya Sədrinin və kollegiya üzvlərinin nəzarətindədir.Heç nə və heç kim nəzarətdən kənarda deyil.Polisin arzuolunmaz hərəkət və hərəkətsizliyi barədə mətbuata daxil olan məlumatları tələm-tələsik araşdırmadan yaymaq yox,bu haqda DİN rəhbərliyinə müraciət etmək daha xeyirlidir. Bəzi media əməkdaşlarının başqa cür,sensasiya xatirinə davranışı Jurnalistlərin peşə davranışı qaydalarına da ziddir. Digər olay,Bakı şəhəri Nizami rayonunda “taksi”avtomobilin sürücüsünün polisin qanuni tələbinə tabe olmaması faktı təsdiq olunsa da, bəzi ekspertlərin guya, “polis belə hallarda vətəndaşa güc tətbiq edə bilməz”,-kimi fikirləri də cəmiyyətdə çaşqınlıq yaradır. Cinayətkarlıqla mübarizəni tənzimləyən beynəlxalq normalarda,həm də “polis haqqında”və “Əməliyyat-axtarış fəaliyyəti haqqında”Azərbaycan Respublikasının qanunlarında polis hansı hallarda güc və silah tətbiq edə bilər-suallarına lakonik cavablar var. Həmin normativ hüquqi aktlarla tanış olmağı məsləhət görərdim.Bir anlığa Avropa Polisini,Azərbaycan polisi ilə də müqayisə etməyinizi tövsiyə edərdim.Onda hər şey aydın olardı.O cəmiyyət xoşbəxtdir ki,orada vətəndaşlar təhlükəsizliyin təmin olunmasında öz töhfələrini-dəstəyini hüquq-mühafizə orqanlarına verə bilirlər.Polisin erməni təcavüzkarlarına qarşı fədakarlığı,qəhrəmanlıq salnaməsi,son illərdə isə Pandemiyadakı fasiləsiz xidməti heç vaxt unudulmayacaq və Azərbaycan xalqı tərəfindən həmişə məmnunluqla xatırlanacaq! Gəlin, hissə qapılmadan milli birliyimizi qoruyaq !

Hamısını Göstər

Related Articles

Back to top button