Saatlıda maarifləndirmə tədbiri keçirilib

Saatlı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə 4 saylı tam orta məktəbdə “Narkomaniyaya və erkən nikaha yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Təhsil şöbəsinin nümayəndələri, RPŞ-nin əməkdaşları, məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbirdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Azər Tağıyev bildirib ki, əsrin bəlasına çevrilən və gənclərin gələcəyini məhv edən bu maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində ölkə ərazisində zəruri bütün tədbirlər görülür və bu qanunsuz əməllə məşğul olan şəxslərin ifşa olunması istiqamətində qətiyyətli əməliyyat tədbirləri keçirilir. Çıxışında yeniyetmə vaxtlarında gənclərin, xüsusən də qızların ailə qurmasınından da danışan şöbə rəisi,  erkən nikahların qanunla qadağan olunduğunu,  bu cür halların gənclərin fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törətdiyini qeyd edib.

Görüşün sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Hamısını Göstər

Related Articles

Back to top button