Saatlıda yol hərəkəti təhlükəsizliyinin təmini üçün profilaktik tədbirlər həyata keçirilib

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan polise.az-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində təhlükəsizliyin təmin edilməsi məqsədilə nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

Rayon ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə keçirilən tədbirlər zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən və nəqliyyat vasitəsinə konstruksiya dəyişiklikləri edən sürücülər saxlanılıblar. Onlarla maarifləndirici söhbətlər aparılıb və yol verdikləri qayda pozuntuları barədə məlumatlar verilib.

Həmçinin tədbirlər zamanı avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin miqdarları da yoxlanılıb və normadan artıq zərərli maddə ixrac edən nəqliyyat vasitələrinin sürücüləri barəsində inzibati qaydada tədbirlər görülüb.

Tədbirlər zamanı yol verdikləri qayda pozuntusuna görə ümumilikdə 23 sürücü barəsində qanunamüvafiq tədbirlər görülüb.

Hamısını Göstər

Related Articles

Back to top button
Close