Sabirabadda narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb

Sabirabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları
tərəfindən keçirilən tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat
vasitəsi idarə edən sürücü saxlanılıb.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan
polise.az-a verilən məlumata görə, yol patrul xidmətinin əməkdaşları tərəfindən rayon
ərazisində hərəkətdə olan “Hyundai” markalı avtomobilin sürücüsünə yol hərəkəti
qaydalarını pozduğu üçün “Saxla” işarəsi verilib.


Nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücü Ceyhun Balayevin narkotik
vasitə qəbul etməsinə dair şübhələr yarandığından onun müvafiq tibbi müayinədən
keçirilməsi təmin edilib.


Müayinənin nəticəsinə əsasən C.Balayevin narkotik vasitə olan marixuana
istifadə etdiyi məlum olub.


Həmin şəxs barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib olunub
və hüquqi qiymət verilməsi üçün Sabirabad Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə C.Balayev 2 il sürücülük hüququndan məhrum edilməklə
500 manat cərimə olunub.

Hamısını Göstər

Related Articles

Back to top button