Sabirabadda polis əməkdaşları şəhid olmuş Daxili Qoşunlarının hərbi qulluqçusunun ailəsini ziyarət ediblər.

Sabirabad Rayon Polis Şöbəsinin rəhbərliyi və əməkdaşları ölkəmizin ərazi
bütövlüyü uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan DİN-in Daxili
Qoşunlarının hərbi qulluqçusu İsmayıl Məmmədovun ailə üzvlərini ziyarət ediblər.
Görüş zamanı şöbə əməkdaşları ailənin qayğıları ilə maraqlanıb,
hərbçilərimizin Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlardan, qələbə
əzmindən danışaraq, şəhidlərimizin əziz xatirəsinin qəlbimizdə əbədi yaşayacağı
və gələcək nəsillər üçün örnək olduğunu diqqətə çatdırıblar.
Görüş zamanı polis əməkdaşları müxtəlif ərzaq məhsullarından ibarət
sovqatları təqdim ediblər. Şəhid ailələri də göstərilən diqqət və qayğıya görə,
asayiş keşikçilərinə öz minnətdarlıqlarını bildiriblər.
Görüşün sonunda RPŞ-nin əməkdaşları şəhidin ailə üzvləri birgə şəhidin
məzarını ziyarət edərək önünə əklil qoyublar.

Hamısını Göstər

Related Articles

Back to top button