Şabran sakinlərindən külli miqdarda  narkotik vasitə aşkarlanıb

Şabran  Rayon Polis Şöbəsinin əməkdaşları  tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı  əməliyyat keçirilib.

DİN-in  Mətbuat Xidmətinin Quba regional qrupundan polise.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində  narkotik vasitələrin əldə etməsi, saxlaması və daşımasında  şübhəli bilinən rayon sakinləri Cəlaləddin Məcidov və Elməddin Əmiraslanov saxlanılıblar. Həmin şəxslərin üzərinə və yaşadıqları evə  baxış keçirilən zaman külli miqdarda heroin,  psixotrop maddə olan metamfetamin və 1 ədəd elektron tərəzi   aşkar olunaraq götürülüb.

Faktla bağlı Şabran RPŞ-də  cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.

Hamısını Göstər

Related Articles

Back to top button