Şabranda  16 yaşlı gənc itkin düşdü

Daxili İşlər Nazirliyinin Mətbuat  Xidmətinin Quba  regional qrupundan polise.az-a verilən məlumata görə, Şabran rayon sakini, 2006-cı  il təvəllüdlü Samuray Qasımov  aprelin 15-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

 S.Qasımovun boyu 160  santimetrdir, orta bədən quruluşludur.

Evdən çıxarkən əynində qara gödəkcə, qara şalvar və qara ayaqqabı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə və ya  (055) 650-20-44 mobil nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button