Salyan Yol Polis əməkdaşları tərəfindən şəhər ərazisində təhlükəsizliyin təmin edilməsi məqsədilə nəzarət- profilaktiki tədbirlər davam etdirilir.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan
verilən məlumata görə, bu cür tədbirlərin keçirilməsində məqsəd avtomobillərin
ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin
qarşısını almaqdır.
Təşkil olunan tədbirlər zamanı yol polisi əməkdaşları sürücülərin bir daha
diqqətinə çatdırıblar ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini
tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin
normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər.
Keçirilən tədbirlər zamanı ixrac qazları normadan artıq olan nəqliyyat
vasitələrinin sürücüləri ilə profilaktiki söhbətlər aparılıb və barələrində
qanunvericiliyə uyğun tədbirlər görülüb. Bu istiqamətdə tədbirlər bölmə
əməkdaşları tərəfindən mütəmadi olaraq davam etdiriləcək.

Hamısını Göstər

Related Articles

Back to top button