Salyan rayon sakininə qarşı quldurluq törətməkdə şübhəli bilinən şəxs saxlanıldı

Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə Xocəsən qəsəbəsi ərazisində Salyan rayon sakini N.Paşayevin 80 manatının, mobil telefon, qol saatı və qulaqcığının quldurluq yolu ilə talanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini F.Kələntərov müəyyən edilərək saxlanılıb.
Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button