Salyanda narkotik tərkibli bitkilər becərən qonşular saxlanılıblar

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli
bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin saxlanılaraq məsuliyyətə cəlb
olunması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan
verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış
tədbirləri nəticəsində qeyd edilən cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən
rayonun Aşağı Kürkənd kənd sakinləri Cəlal Əkbərov və Namid Əsgərov
saxlanılıblar.
Həmin şəxslərin yaşadıqları ünvanlara keçirilən baxış zamanı C.Əkbərovun
həyətindən 1 kiloqram 630 qram marixuana və yaş çəkisi 9 kiloqram olan 8 ədəd
çətənə bitkisi, N.Əsgərovun həyətindən isə 200 qrama yaxın marixuana və yaş
çəkisi 7 kiloqram olan 10 ədəd çətənə bitkisi aşkarlanaraq maddi sübut kimi
götürülüb.


Əvvəllər də məhkumluq həyatı yaşayan qonşular dindirilmə zamanı
narkotiklərin kultivasiyası ilə məşğul olduqlarını etiraf ediblər.
Faktlarla bağlı Salyan RPŞ-də cinayət işləri açılıb, saxlanılan şəxslər
barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Hamısını Göstər

Related Articles

Back to top button