Salyanda pandemiya qaydalarının pozulduğu toy məclisi aşkarlandı

Salyan Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir. 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan polise.az-a verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində rayonun Seyidan kənd sakini Eldayar Quliyevin fərdi yaşayış evinin həyətində mövcud qaydaları pozaraq 65 nəfərin iştirakı ilə toy məclisi keçirdiyi müəyyən olunub.

Aşkarlanan qayda pozuntusu ilə bağlı ev sahibi və məclisdə iştirak edən şəxslər  barəsində qanunamüvafiq tədbirlər görülüb.

Hamısını Göstər

Related Articles

Back to top button
Close