Salyanda saxlanılan narkokuryerdən 5 kiloqramdan artıq heroin götürülüb

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat
tədbirləri nəticəsində xarici ölkə vətəndaşı tərəfindən pul müqabilində
narkokuryerliyə cəlb edilən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Polise.az-a
verilən məlumata görə, polis əməkdaşları tərəfindən daxil olmuş əməliyyat
məlumatı əsasında həyata keçirilən tədbir zamanı Sumqayıt şəhər sakini, əvvəllər
məhkum olunmuş Emin Qasımov rayon ərazisində saxlanılıb. Onun üzərinə
keçirilən baxış zamanı əlində olan torbadan külli miqdarda, yəni 5 kiloqramdan
artıq narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Dindirilmə zamanı E.Qasımov əcnəbi narkotacirə pul müqabilində
narkokuryerlik etdiyini etiraf edərək, ondan aşkarlanan narkotik vasitəni 500 manat
qarşılığında qabaqcadan təyin olunan yerə çatdırmalı olduğunu bildirib.
Faktla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb,
saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Onun cinayət əlaqələrinin
müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button