Samuxda 14 qanunsuz silah müsadirə edilib

Samux Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirləri davam etdirir.

DİN-dən APA-ya verilən məlumata görə, keçirilən müvafiq tədbirləri nəticəsində rayon 14 nəfər sakinindən müvafiq sənədləri olmayan müxtəlif marka və kalibirli ov tüfəngləri aşkar edilərək götürülüb. Həmin silahlar müvafiq ekspertizaya göndərilib, sahibləri ilə profilaktiki söhbət aparılaraq barələrində qanuna müvafiq tədbir görülüb.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button