SEPAH səssiz hərbi rejim qurur

3 aydan çoxdur etiraz aksiyalarının davam etməsi və hakimiyyət orqanlarının onun qarşısını almaqda acizliyi dövlət qurumları və vəzifəli şəxslər arasında fikir ayrılıqlarının yaranmasına səbəb olub.

Bir müddət öncə İranın yüksək rütbəli rəsmilərinin iştirakı ilə iki gizli və fövqəladə əhəmiyyətli görüş keçirilib. Bu görüşlər Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxaninin istefaya getməsi ilə bağlı şayiələrin yayılmasına səbəb olub.

Şamxaninin istefası ilə bağlı şayiənin kökündə ordu başçıları və ölkə rəsmiləri arasında fikir ayrılıqlarının olması barədə rəy dayanır.

Radikal mühafizəkarlar, o cümlədən İran rəhbəri Əli Xameneiyə yaxın Həmid Rəsayi və Hüseyn Şəriətmədari Əli Şəmxaninin etirazların yatırılmasında zəiflik göstərdiyini iddia edir. Onların təmsil etdiyi mühafizəkar qrup etirazçılara qarşı daha sərt tədbirlərin görülməsini, hətta edam hökmlərinin artırılmasını təklif edir.

Təhlilçilərin fikrincə, ölkədə nümayişlərin davam etməsi və genişlənməsi İran hakimiyyətinin üst qatları, ordu və SEPAH arasında çatlar yaradıb və bu, get-gedə daha da dərinləşir.

Ekspertlərə görə, etirazlar davam etsə, hakimiyyət daxilindəki fikir ayrılıqları ciddi qarşıdurmalara səbəb ola, sistemin tamamilə dağılmaması üçün iki tərəfdən birinin çevrilişə əl atması ilə nəticələnə bilər.

Dekabrın 28-də SEPAH komandirinin müşaviri və İmam Hüseyn adına Hərbi Universitetin keçmiş başçısı Həmid Abazərinin çıxışı İran İnqilab Keşikçiləri Korpusunun yüksək rütbəli komandirləri arasında da ciddi fikir ayrılıqlarının olmasından xəbər verirdi. Abazəri ad çəkmədən bir sıra tanınmış hökumət adamlarının etirazlar qarşısında susduğunu və Əli Xameneini müdafiə etmədiklərini bildirib. O, bir çox komandirin etiraz nümayişləri zamanı kəskin mövqe sərgiləmədiyini, müqavimət göstərə bilməyib, “islam inqilabı dəyərləri”nə qarşı hərəkət etmələrini tənqid edib.

Özəlliklə, son günlər etiraz aksiyalarıdakı əhəmiyyətli roluna görə İranın həssas əyalətlərindən sayılan bəlucların yaşadığı Sistan və Bəlucistan, ərəblərin kompakt yaşadığı Xusizstan əyalətlərinə SEPAH və təhlükəsizlik komandirləri vali təyin edilib: İranın Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi (ETTELAAT) rəhbərinin keçmiş müavini Əli Əkbər Hüseyni Mehrab Xuzistan, SEPAH-ın quru qoşunlarının komandirlərindən olan Məhəmməd Kərəmi isə Sistan və Bəlucistan əyalətinə göndərilib.

İbrahim Rəisinin prezident seçilməsindən sonra SEPAH komandirlərinin yüksək vəzifələrə gətirilməsi prosesinin sürətləndirilməsi bir sıra ekspertlər tərəfindən hakimiyyətin səssiz hərbi rejimi qurması kimi dəyərləndirilir.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button