Separatçılar ifşa olundu: görün nə qədər adam var…

Azərbaycanlı ekofəalların Şuşa-Xankəndi yolunda “Ekoloji terrora son” şüarı ilə keçirdiyi aksiya, onun doğurduğu geniş reaksiya və çadırlar qurub, gecəni orda keçirmək qərarı Qarabağdakı erməni separatçılarını da “hərəkətə” gətirmişdi.

Əvvəlcə erməni separatçıların özlərini “deputat” adlandıran kəsimi, daha sonra isə “jurnalist” hesab edilənlər aksiya keçirilən əraziyə gəlməyə çalışdılar. Əraziyə buraxılmadıqdan sonra Xankəndinin mərkəzində “aksiya” elan olundu.

Separatçıların “kütləvi” olaraq planlaşdırdığı aksiyaya gələnlərin sayını isə bu videodan təxmin edə bilərsiniz. Sosial şəbəkədə yayılan videoda da onların hadisəyə reaksiya vermək niyyətində olmadığı, “zənglə” gəldikləri aydınlaşır.

Bu, əslində Qarabağda yaşayan ermənilərin və erməni separatçıların sayı haqda dolğun təsəvvür formalaşdırır. Rusiyadan Qarabağa göndərilən Ruben Vardanyan 2 sentyabrda Xankəndidə minlərlə erməninin iştirakı ilə böyük mitinq təşkil etmıyi bacarmışdı. Həmin vaxt aksiyada iştirak edənlərin əhəmiyyətli hissəsinin Ermənistandan gəldiyi, hər iştirakçıya 50 dollar “mükafat” paylandığı, Xankəndi ətrafından öz maşını ilə gələnlərə isə əlavə olaraq 8 litr pulsuz yanacaq verildiyi də təsdiqlənmişdi.

İndi isə Laçın yolu bağlıdır – yolun üzərində Azərbaycan ekoloqları çadır qurublar: Ermənistandan gələn yoxdursa, Vardanyanın “toplaya bildiyi” aksiyaçıların sayı bu videodakı qədər, daha ciddi pul xərcləsə isə, uzağı, bundan bir-iki dəfə artıq ola bilər.

Çünki Qarabağda yaşayan erməni əhalisinin sayı onların “izdihamlı” aksiya keçirməsinə imkan vermir – üstəlik, erməni icması ilə erməni separatçıları və Vardanyanın “aksiya komandası” da artıq bir-birindən ayrılır.

Hamısını Göstər

Related Articles

Back to top button