“Sevgilim, mən öləndə…”-GÜNÜN ŞEİRİ

Bu gün Xalq şairi Vaqif Səmədoğlunun anım günüdür.  Polise.az Xalq şairi Vaqif Səmədoğlunun “Sevgilim, mən öləndə” şeirini təqdim edir.

Sevgilim, mən öləndə,
Bir küncdə xısın-xısın
Ağlayacaqsanmı sən?
Kimin xarabasında
Bir damla yaşa dönüb
Düşəcəyəm gözündən?

Ağla, qurbanım, ağla,
Ağla, һeyranım, ağla,
Evdə qonaqlar olsa,
Çıxıb eşikdə ağla.
Gözlə, gecə düşəndə
Yorğan-döşəkdə ağla.
Qulaq asma aləmin
Sözünə bircə kərə.
De, Vaqif ölməliydi,
Gəl öldü naһaq yerə…

Sevgilim, mən öləndə,
Soraq sənə gələndə,
Düşmən gözü güləndə,
Ağla, olanım, ağla,
Ağla, qalanım, ağla,
Ağla, mən ölüm, ağla…

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button