Şirvan şəhər sakinlərindən külli miqdarda narkotik götürülüb

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan iki nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan polise.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər sakini, əvvəllər məhkum olunmuş Səxavət Hüseynov saxlanılıb.  Onun üzərinə keçirilən baxış zamanı 3 qramdan artıq narkotik maddə olan heroin aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq S.Hüseynovun yaşadığı evə keçirilən baxış zaman isə təmiz çəki 1 kiloqram 830 qram olan heroin və bir ədəd elektron tərəzi aşkarlanaraq maddi sübut kimi götürülüb.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbiri zamanı şəhər sakini, əvvəllər narkotiklərə görə həbs olunmuş Musa Musayev də saxlanılıb. Onun üzərində isə 480 qram marixuana aşkarlanıb.

Faktlarla bağlı Şirvan Şəhər Polis Şöbəsində cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş

Close
Back to top button
Close