Siz də tanıyın

Vətənə sədaqət və vətənpərvərlik ruhu ana bətnində, qanda, sonra ailədə, təhsil aldıqları məktəblərdə müəllimlərin mühazirələrindəki pedaqoji pafos və fəhmində, vətən haqqında klassiklərimizin əsərlərinin necə izahında, ən nəhayət ictimai münasibətlərin əhatəsində formalaşır. Vətən, “Vətən”, ”Vətən” bağırıb hayqıranların yox, üzərində gəzdiyi torpağı ovcuna basıb onu tərəddüd etmədən yeyənlərin, vətən uğrunda canını uff demədən fəda edənlərindir.

Elçin Səmədov

Sentyabr ayının 27-dən başlayaraq azərbaycan xalqının qeyrətli oğulları, hətta qız qardaşları da Ali Baş Komandanın”Haydı igidlərim, İRƏLİ!”komandasını barıt tək ciyərlərinə doldurub düşmən üstünə püskürdülər. Bu, vətənə və Ali Baş Komandana sədaqətin bariz nümunəsi idi. Əsil qəhrəmanlıq belə olur, Xalqın tarixi belə yazılır. Müstəqillik və suverenlik də azadlıq kimi çətin əldə olunur. Çan qurban edilməsə bu müqəddəs dəyərləri qazanmaq mümkün olmur!

40 gün ərzində torpaq uğrunda şəhid olanların “gövdələri” sanki yenidən bitib ayağa qalxırdı. Bir şəhidin yerinə 100-ü ərsəyə gəlirdi. O mənzərəni seyr etmək çətin olsa da qürurvericidir, şərəfli və heç vaxt unudulmayan tariximizdir. Azğın, əbləh hərəmzadələr və vələdəzinalar-erməni faşizmi belə gözləmirdi. Burunlarını yaman ovxaladılar. ”Güllə belə vəhşilərə haramdır”-deyə əlləri ilə boyunlarını qırıb qisas aldılar. DÜŞMƏN PARTER VƏZİYYƏTİNƏ GƏTİRİLDİ. Əsgərlərimizin qollarına sağlıq. Tanrı onlara dayaq olsun. Ordumuz qəhrəmanlıq nümayiş etdirdi, əsil qəhrəmanlıq! Hər bir döyüşçü, canını qurban verənlərin də hər biri mərdlik və şücaət nümayiş etdirdilər Onları tanıyaq və hər zaman xatırlayaq.

Bizim də əziz sayılan bir evin iki oğlu ikinci vətən müharibəsinin cəsur iştirakçılarından olublar. Bu gün də xidmətlərini davam etdirir Baş komandanın əmrinə müntəzirdilər. Siz də tanıyın!

Səmədov Elçin (1993-cü il təvəllüdlü) və Səmədov Elşən (1995-ci il təvəllüdlü) Cavid oğlanları da vətən uğrundakı döyüşlərdə sayıq döyüşçülərimizlə birlikdə şücaət,cəsarət və qorxmazlıq nümayiş etdiriblər.

Elçin Səmədov

Böyük qardaş Elçin Səmədov DİN-in Daxili Qoşunların nəzdindəki xüsusi təyinatlı dəstəsində xidmət edib. 7 ildir ki, həmin dəstədədir. Elçin Elşaddan böyük olsa da subaydır, amma Elşad ailəlidir, bir oğlu var.

Hər iki qardaş Masallı rayonunun Qodman kəndində kasıb bir ailədə dünyaya göz açıblar. Uşaqlıqları ehtiyacın min bir dolanbacından keçib. Atası Cavid kənddə iş tapmadığından Rusiya Federasiyasına səfər edib, bu günə kimi orada işləyərək ailənin maddi ehtiyacını təmin edə bilib. Uşaqlar Qodman kəndində orta təhsilini başa vurduqdan sonra hərbi xidmətə, vətən borcunu ödəməyə, daha dəqiq,şərəfli bir vəzifəni yerinə yetirməyə  başlayıblar. Elçin Daxili Qoşunların N saylı hərbi hissəsində qulluğa başlayır, sonra əlavə xidmət üçün müraciət edir.  Özü əlbəyaxa döyüş və tayekvando üzrə peşəkar idmançıdır.

Elşad isə hərbi xidmətini bitirdikdən sonra MN-nin sülhməramlılarında  xidmətini davam etdirir.

Elçin Səmədov Şuşanın alınmasında yüksək qoçaqlıq göstərən komanda ilə 5 noyabrda Şuşaya daxil olublar. İki gün gərgin, ölüm-dirim, yaxın məsafədən döyüşdən sonra Şuşa işğaldan azad edilib. Hazırda Elçin Səmədov xidmətini davam etdirir, növbəti əmri gözləyirlər.

Kiçik qardaş Elşad Səmədov MN-nin Sülhməramlılarında xidmətdədir. Cəbrayılın, Qubadlının və Laçının  azad olunmasında məharət nümayiş etdiriblər. Ali təhsillidir. Beynəlxalq hüquq üzrə ixtisas sahibidir. 

Elşad Səmədov

Hər iki qardaş üçün öncə vətən var. Vətən uğrunda döyüşün iştirakçısı olmaqla onların da tərcümeyi halları zənginləşib, Vətənə, doğulub boya başa çatdıqları torpağa, qohumlara, dərs aldıqları müəllimlərinə, döyüş əmri aldıqları komandirlərinə və gələcək günləri üçün  başıucalıq qazandılar. Mükafatlarını göydə  Allah,yerdə Ali Baş Komandan zati möhtərəm İlham Əliyev verəcək. Döyüşçülərimizə Allahdan sağlıq və uğurlar arzulayıram.

Tanrı Türkü qorusun! Amin!

Şəmsəddin Əliyev
Polise.az

Hamısını Göstər

Related Articles

Back to top button
Close