Soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini saxlanıldı
Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə iyunun 4-də Bakıxanov qəsəbəsində bir nəfərin Bakı şəhər sakini İ.Bəşirzadəyə zor tətbiq edərək içərisində pulu və sənədləri olan çantasını talaması barədə müraciət daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş E.Mailov müəyyən edilərək saxlanılmışdır.
Araşdırma aparılır.
***
Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 4-də Bakı şəhər sakini M.İsmayılovun içərisində pulu və mobil telefonu olan çantasını oğurlamaqda şübhəli bilinən paytaxt sakini R.Talıbov saxlanılmışdır. Polis əməkdaşları tərəfindən onun idarə etdiyi “Ravon” markalı avtomobilə baxış zamanı oradan heroin və metamfetamin də aşkar edilərək götürülmüşdür.