Spiker onu hansı səs yazısına qulaq asmağa çağırdı?

Milli Məclisin sədri Sahibə Qafarova millət vəkili Tahir Kərimlinin çıxışına reaksiya verərkən, əsəbi halda onu öz otağına çağıracağını və 10 dəqiqəlik səs yazısına qulaq asdıracağını bildirib.

Spiker “mən özüm kabinetdən çıxacam, siz qulaq asarsınız” sözləri bu səs yazısının qeyri-etik olduğunu düşünməyə əsas verir.

Bəs, “səs yazısı” nə ola bilər?

Hazırda müzakirələrin deputat Eldəniz Səlimovla bağlı getdiyini nəzərə alsaq, ehtimal ki, bu, onun iyulun 28-dən 29-na keçən gecə Xaçmazdakı “Starıy Dvor” restoranında polis əməkdaşına qarşı zor tətbiq edərkən işlətdiyi sözlərdir. Bu məlumatlar yayılarkən polis əməkdaşının E.Səlimovun danışığını telefonunun yaddaşına yazdığı və bunu ifadəsi zamanı DİN-in istintaq qrupuna təhvil verdiyi bildirilmişdi. Lakin səs yazısı barədə heç bir məlumat yox idi.

Spikerin bu sözləri isə təsdiqləyir ki, E.Səlimov hətta xanım sədrin dinləməyi mədəniyyətinə sığışdırmadığı ifadələrdən istifadə edib.

Mənbə
axar.az
Hamısını Göstər

Related Articles

Back to top button
Close