Su polisi qanunsuz balıq ovuna qarşı reyd keçirib

Su Nəqliyyatında Polis İdarəsinin Mingəçevir Xətt Polis məntəqəsinin
əməkdaşları tərəfindən xidməti ərazidə qanun pozuntularının aşkarlanması və
təqsirkar şəxslərin müəyyən edilməsi istiqamətində monitorinqlər davam etdirilir. 

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, bu tədbirlər çərçivəsində
keçirilən növbəti reyd zamanı Mingəçevir Su Anbarının Alazan adlanan
ərazisindən Ayı Buxtası adlanan əraziyə kimi məsafədə quraşdırılan qanunsuz
torlar və balıqların ovlanması üçün istifadə olunan müxtəlif növ qurğular polis
əməkdaşları tərəfindən sudan çıxarılıb və qanunamüvafiq qaydada tədbirlər
görülüb.  Monitorinq zamanı balıq ovu ilə məşğul olan Yevlax şəhər sakinləri
Nicat Əliyev və İlqar Məmmədov saxlanılaraq, onlarla profilaktiki söhbət aparılıb,
qanunun tələbləri onların diqqətinə çatdırılmaqla xəbərdarlıq edilib.
Vaxtaşırı olaraq keçirilən bu kimi nəzarət-profilaktiki tədbirlərlə balıq ovu
və ovçuluq ilə məşğul olan şəxslərin onlara verilmiş kvotalara riayət etmələri,
qayıqla balıq tutanların sənədlərinin mövcudluğu yoxlanılır, partlayıcı və digər
qanunla qadağan edilmiş vasitələrdən istifadə edərək balıq ovlayanların müəyyən
edilməsi,  eləcə də başqa ekoloji cinayət törədənlərin aşkarlanması həyata keçirilir.
Bu istiqamətdə tədbirlər davam etdirilir.

Hamısını Göstər

Related Articles

Back to top button