Suçiçəyinə yoluxan şəxslər meymunçiçəyinə yoluxa bilərlər? 

“Hər bir uşaq, böyük suçiçəyinə yoluxa bilər. Meymunçiçəyinə isə yalnız endemik ərazilərlə (Qərbi və Mərkəzi Afrika ölkələri ilə) əlaqəsi olan şəxs yoluxa bilər”.

Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bugünkü tarixə ölkəmizdə meymunçiçəyinə yoluxma faktı qeydə alınmayıb.

Həmçinin qeyd olunub ki, Azərbaycan Respublikasında istifadə edilən Profilaktik Peyvəndlər Təqvimində suçiçəyinə qarşı peyvənd nəzərdə tutulmayıb.

Hamısını Göstər

Related Articles

Back to top button