Şuşa bir neçə ölkənin şəhərləri ilə “Qardaşlaşmış şəhər” statusu altında əməkdaşlıq edəcək

“Artıq 6 ölkənin müxtəlif şəhərləri ilə əməkdaşlıq haqqında müxtəlif sənədlər imzalanıb”.
Bunu Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin şöbə müdiri Səmayə Məmmədova Polisə.az -a müsahibəsində bildirib.
“Mən xüsusi qeyd etməliyəm ki, Macarıstanın Vesprem şəhəri ilə biz “Qardaşlaşmış şəhər” statusunu almışıq və Vesprem şəhəri 2023-cü ildə Avropanın mədəniyyət paytaxtı seçilən 3 şəhərdən biridir”-deyə, Səmayə Məmmədova bildirib.
Qeyd edək ki, Şuşa 6 ölkə – Türkiyə, Özbəkistan, Qazaxıstan, Bolqarıstan, Macarıstan, Koreyanın şəhərləri ilə “Qardaşlaşmış şəhər” statusu altında əməkdaşlıq edəcək.