Şuşaya giriş nə vaxt sərbəst olacaq? – Deputatdan açıqlama

Son dövrlər istər hökumət, istərsə qeyri-hökumət təşkilatlarının Qarabağa, əsasən də Şuşaya səfərləri intensiv hal alıb. Bildirək ki, bu səfərlərin böyük əksəriyyəti dövlət büdcəsi hesabına həyata keçirilir. Həmçinin, səfər edəcək şəxslərin siyahısı müvafiq qurumlar tərrəfindən hazırlanır ki, bu, narazılıqlarla müşayiət olunur.

Bu narazılıqlar fonunda belə təkliflər səslənir ki, Şuşaya səfər sərbəst olsun və insanlar dövlətin deyil, öz şəxsi vəsaiti hesabına getsin. Doğurdan da, bu tətbiq olunarsa daha faydalı olmazmı? Bir tərəfdən dövlət büdcəsindən vəsait xərclənməz. Digər tərəfdən Şuşada hazırda mövcud olan biznes subeytləri, turizm məkanları və otellər müəyyən fayda götürər.

Bu addım atılarsa, cəmiyyətdəki narazılıqlar da aradan qaldırılar və artıq müşahidə olunan bu səfərlərin ironiyaya çevirilməsi halı dayandırılar.

Məsələ ilə bağlı yenisabah.az saytına açıqlama verən Milli Məclisin deputatı Vahid Əhmədov bildirib ki, Şuşada gedən proseslər onu göstərir ki, bu gediş-gəliş gələcəkdə daha da rahat həyata keçiriləcək:

“Mənə elə gəlir ki, orada görülən işlər, aparılan layihələr, quruculuq işləri, bölgəyə hava nəqliyyatı səfəri və s. bizim infrastrukturumuzun inkişafına xidmət edir və əsas məqsəd də gələcəkdə insanların Qarabağ bölgəsinə, əsasən də Şuşaya gedib gəlməsinə yönəlib. Burada hansısa bir problemin olacağını düşünmürəm.

Qarabağla bağlı məsələlər öz müsbət həllini tapacaq. Bunu gedən proseslərin özü də göstərir. Baxmayaraq ki, bu proseslərə mane olmaq, təsir etmək istəyən dövlətlər çoxdur, amma cənab prezidentin apardığı siyasət bütün bunların qarşısını qətiyyətlə alır.

Düşünürəm ki, yaxın vaxtlarda insanlarımızın Qarabağ bölgəsinə rahat gediş-gəlişi təmin ediləcək. Tezliklə bunun şahidi olacağıq”.

Hamısını Göstər

Related Articles

Back to top button
Close