Suveren Fondların Beynəlxalq Forumunun növbəti iclasının keçiriləcəyi ölkə açıqlanıb

Suveren Fondların Beynəlxalq Forumunun növbəti – 15-ci iclası gələn il İspaniyanın paytaxtı Madriddə keçiriləcək.

Bunu jurnalistlərə açıqlamasında Dövlət Neft Fondunun (ARDNF) icraçı direktorunun müşaviri Bəhruz Bəhramov deyib.
O bildirib ki, Azərbaycan Dövlət Neft Fondu (ARDNF) bu forumun fəaliyyət göstərməsində çox aktiv iştirak edib: “Forumun yaradılmasında əsas məqsəd vahid standartların formalaşması idi. Bu standartlar Santyaqo prinsipləri adı altında artıq uzun müddətdir ki, mövcuddur. ARDNF bu standartlarla uyğunluğunu işində əks etdirir, onları hər dəfə illik hesabatında göstərən suveren fondlarındandır”.

B. Bəhramov həmçinin əlavə edib ki, bugünki iclasda foruma üzv ölkələrin qlobal makrotrendləri investisiya siyasətlərində necə əks etdirmələri barədə müzakirələr aparılıb. Forumun tərəfdaş şirkətlərlə birlikdə dünyada baş verən iqlim, sosial və idarəetmə dəyişikliklərinin investisiya siyasətində necə əks olunması ilə bağlı açıqlaması olacaq.

Hamısını Göstər

Related Articles

Back to top button