Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları Suqovuşan və Talış kəndlərində xidməti fəaliyyətini bərpa edib

Sentyabrın 27-dən başlayaraq müzəffər Azərbaycan ordusu tərəfindən keçirilmiş əks-hücum əməliyyatları nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə təhlükəsizlik tədbirləri gücləndirilir.

DİN-in Mətbuat Xidmtətinin Bərdə regional qrupundan polise.az-a bildirilir ki, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları rayonun işğaldan azad edilmiş Suqovuşan və Talış kəndlərində xidməti fəaliyyətini bərpa edib. Kəndlərin ərazisində təhlükəsizliyi təmin etmək üçün sahə inspektorları təyin edilib və xidməti post qurulub.  

Hamısını Göstər

Related Articles

Back to top button