Təsdiqləndi: “Navalnı Rusiyada zəhərlənib” – Kremldən izahat istəyirlər

Rusiyalı siyasətçi Aleksey Navalnı Rusiyada tərkibində “Noviçok”a bənzər bir sinir-iflic maddəsi ilə zəhərlənib.

Bu barədə Almaniya hökumətinin press-relizində deyilir.

Navalnının bədənində zəhər izlərinin olması onun yerləşdiyi “Şarite” klinikasının həkimlərinin istəyi ilə Bundesverin xüsusi laboratoriyası tərəfindən aparılan testlərlə göstərilib.

“Aleksey Navalnı Rusiyada kimyəvi hücumun qurbanı olub” deyilib.

Alman səlahiyyətliləri bəyan edib ki, tədqiqat nəticələri barədə AB və NATO tərəfdaşlarına, həmçinin Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatına məlumat verəcəklər.

Rusiyanın Almaniyadakı səfirinə də test nəticələri barədə rəsmi məlumat veriləcək.

“Rusiya hökumətindən hadisə ilə əlaqədar izah tələb edirik”. Almnaiya Nazirlər Kabinetinin açıqlamasında belə deyilir.

Mənbə
konkret.az
Hamısını Göstər

Related Articles

Back to top button
Close