Tanışının evinə qumbara atan şəxs saxlanılıb

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb:

Quba rayon sakini  N.Məmmədova  DİN-in “102” Xidməti Zəng Mərkəzinə məlumat verərək bildirib ki, tanışı  Orxan adlı şəxs onun yaşadığı ünvana gəlib və aralarında yaranmış mübahisə zamanı  təlim üçün nəzərdə tutulmuş partlayıcı xüsusiyyətləri olmayan qumbaranı qorxutmaq məqsədi ilə  onun evinə ataraq həmin yerdən uzaqlaşıb.  Heç bir partlayış hadisəsi baş verməyib. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Abşeron rayon sakini  Orxan Ağalı  saxlanılıb.

Hazırda faktla bağlı  Quba RPŞ-nin Təhqiqat bölməsində araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button