Taxıl sahələrinin yandırılmasının qarşısının alınması məqsədilə görüşlər keçirilib

Göyçay Rayon Polis Şöbəsi və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları taxıl biçinindən sonra əkin sahələrində baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması məqsədilə fermerlərlə maarifləndirici görüşlər keçiriblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə,  kənd bələdiyyə və icra nümayəndələrinin də iştirakı ilə keçirilən görüşlərdə ehtiyatsızlıqdan və yaxud məqsədyönlü şəkildə biçindən sonra taxıl sahələrinə od vurulmasının böyük fəsadlara səbəb olduğu diqqətə çatdırılıb. Belə ki, yanğınların  nəinki  əkinə yararlı torpaqlara, həmçinin meşə sahələrinə,  əhalinin yaşadığı ərazilərə də ciddi zərər vurma ehtimalının olduğu  bildirilib. Bu kimi halların qarşısının alınması üçün fermerlərə əkin sahələrinə od vurmamaları və  həm məhsuldarlığın artması, həm də təhlükəsizliyin təmini məqsədilə müvafiq aqrotexniki tədbirlərin keçirilməsinin vacibliyi barədə  tövsiyələr verilib.

Hamısını Göstər

Related Articles

Back to top button
Close