Tehranda güclü hava çirkliliyinə görə həyəcan siqnalı verilib

Güclü hava çirkliliyinə görə Tehran üçün qırmızı həyəcan siqnalı verilib.

APA-nın Tehran bürosunun məlumatına görə, İran Meteorologiya Təşkilatı Tehranda havanın keyfiyyətinin azalması ilə bağlı qırmızı xəbərdarlıq edib.

Bu xəbərdarlıq havanın çirklənməsinin ən yüksək səviyyəsi deməkdir və havada çirkləndiricilərin konsentrasiyasının artması ilə əlaqədar çərşənbə axşamı və çərşənbə günləri Tehranda havanın keyfiyyəti bütün qurumlar üçün qeyri-sağlam elan olunub.

Tehran Hava Keyfiyyətinə Nəzarət Şirkəti elan edib ki, 2,5 mikrondan az olan asılı hissəciklərin çirkləndirici indeksi hazırda 166-dır. Bu da hər kəs üçün qeyri-sağlam şərait deməkdir.

Qeyd edək ki, İranın paytaxtı Tehranda durğunluq və çirkləndiricilərin konsentrasiyasının artması səbəbindən son iki həftədə müxtəlif günlərdə məktəb və universitetlərdə dərslər onlayn həyata keçirilirdi.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button