Terror törədən ermənilər: “Məqsədimiz azərbaycanlı hərbçilərə silahlı müqavimət göstərmək idi”

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan ərazisində terror-təxribat törədən erməni silahlı dəstələrinin üzvləri – Avakyan Qraç Arzumanoviç, Serobyan Geğam Samveloviç, Baqasyan Armen Yegizari, Qasparyan Qor Vaqramini, Sefilyan Kamo Karenoviç, Hakobyan Volodiya Vaçaqani, Asetryan Gevorq Norairoviç, Yenqoyan Sisak Qrişai, Petrosyan Albert Kamoyeviç, Sedrakyan Romik Misakini, Minasyan Aram Qarnikoviç, Minosyan Mkrtıç Simonoviç, Matesyan Edqar Vaçaqanoviç və Karapetyan Yuri Tiqranoviçin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

“Report”un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən A.Petrosyan dindirilib.

O bildirib ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən saxlanıldıqdan sonra ona və digərlərinə heç bir təzyiq göstərilməyib:

“Saxlanılan zaman bizə insani münasibət göstərildi. Onlar su və siqaret verdilər. Silah-sursatlarımızı Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına təhvil verdik”.

Daha sonra məhkəmədə digər təqsirləndirilən Q.Qasparyan ifadə verib. O, dindirilən zaman deyib ki, ötən ilin noyabr ayında Gümrüdə yerləşən hərbi komissarlığa çağırılıb: 

“Laçına getdik, sonra Hadrut istiqamətində dağda məskunlaşdıq. Biz dağdan aşağı enəndə Azərbaycan Silahlı Qüvvələri tərəfindən saxlanıldıq, silahlarımızı da onlara təhvil verərk təslim olduq”.

Prokurorun suallarını cavablandıran Q.Qasparyan söyləyib ki, Laçın istiqamətində Rusiya sülhməramlılarının yanından silahları ilə birlikdə keçiblər.

Məhkəmədə onun istintaqa verdiyi ifadəsi elan olunub. O, istintaqda dindirilən zaman deyib ki, məqsədləri olduqları ərazilərə Azərbaycan tərəfindən kimsə gəlsə, onlara silahlı müqavimət göstərmək idi.

Daha sonra prosesdə A.Minasyan, K.Sefilyan, A.Baqasyan və S.Yenqoyan da dindirilib. Onlar da digər təqsirləndirilən şəxslər kimi eyniməzmunlu ifadə veriblər.

Təqsirləndirilən şəxslərin hər birinin istintaqa verdikləri ifadə ilə məhkəmədəki ifadələr arasında ziddiyət yaranıb. Onların istintaqa verdikləri ifadələr elan olunub.

Həmin şəxslər istintaqda bildiriblər ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbiçələri onların olduğu əraziyə yaxınlaşacaqları təqdirdə silahlı müqavimət göstərmək əmri alıblar.

Hakim bildirib ki, cinayət işi üzrə iki nəfər şahid var: “Onlar da növbəti məhkəmə iclasına dəvət olunaraq dindiriləcək”.

Məhkəmənin növbəti prosesi iyulun 2-nə təyin edilib.

Hamısını Göstər

Related Articles

Back to top button
Close