Tiflis prospektində təmir işləri aparılır

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Bakı şəhəri, Yasamal rayonu Tiflis prospektində təmir işləri icra olunur.

AAYDA-dan verilən məlumata görə, Təmir sözügedən prospektin Bakıxanov küçəsindən və Əbdülvahab Salamzadə küçəsinədək olan hissəsində aparılır. Qeyd olunan hissənin uzunluğu 1600 metr təşkil edir.

Hazırda ərazidə köhnə asfalt-beton örtüyü frezlənərək kənara daşınır. Ardınca küçəboyu yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunacaq.

Sözügedən işlər tam olaraq yekunlaşdıqdan sonra prospektdə hərəkətin normal təşkili üçün zəruri olan yerlərdə yolgöstərici və yolcizgi xətlərinin çəkilişi işləri aparılacaq.

İşlər tərtib olunmuş qrafikə uyğun həyata keçirilir və qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Hamısını Göstər

Related Articles

Back to top button