Tikinti şirkəti Qurban Məmmədovu məhkəməyə verdi

“Atlant-İnşaat” MMC hazırda Londonda yaşayan mühacir Qurban Cəlal oğlu Məmmədovu və qeyrilərini yaşayış sahəsi ilə bağlı məhkəməyə verib.

“Atlant-İnşaat” MMC Qurban Məmmədovu, onun həyat yoldaşı Məmmədova Mehbarə Əhməd qızı, Xammədov Azad Şahbaz oğlu, Rəhimov Natiq Qənbər oğlu, Haqverdiyev İsmayıl Əli oğlu, 50 saylı Notariat kontorunun müdiri Rəhmanov Kənan Akif oğlu və  Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinin cavabdeh qismində tanınması ilə bağlı Nərimanov Rayon Məhkəməsinə müraciət edib. Məhkəmənin hazırlıq iclası sentyabr ayının 28-də hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçiriləcək. MMC iddia ərizəsində yaşayış sahəsi üzrə alqı-satqı müqavilələrinin düzgün aparılmadığını göstərib.  

Qeyd edək ki, “Atlant-İnşaat” MMC “Gilan Holding” Şirkətlər qrupuna daxildir. 

Mənbə
unikal.org
Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button