“Torpaq donandan sonra əks-hücuma keçəcəyik” – Ukrayna müdafiə naziri

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov hava şəraiti ilə əlaqədar cəbhədə fəallığın azaldığını, lakin torpaq donandan sonra Ukrayna Silahlı Qüvvələrinin hücuma keçəcəyini bildirib.

Bu barədə ukraynalı nazir isveçli həmkarı Pol Yonsonla birgə mətbuat konfransında deyib.

“Hesab edirəm ki, aktivliyin azalması hava şəraiti ilə bağlıdır. Lakin Ukrayna Silahlı Qüvvələri dayanmaq fikrində deyil. Ona görə də yerin sərtləşdiyi andan istifadə edərək, əminəm ki, əks-hücumlarımızı, ərazilərimizin azad edilməsi üzrə kampaniyamızı davam etdirəcəyik”, – o vurğulayıb.

O.Reznikov qeyd edib ki, Ukraynanın planı “çox sadədir – bu, Ukraynanın bütün müvəqqəti işğal edilmiş ərazilərinin Ukrayna sərhədlərinin beynəlxalq səviyyədə tanındığı 1991-ci il vəziyyətinə qədər azad edilməsidir”.

Hamısını Göstər

Related Articles

Back to top button