Tramp seçkilər zamanı görünməmiş qanun pozuntularından danışdı

ABŞ Prezidenti Donald Tramp rəqibi Co Baydenin seçkilərdə qələbəsi ilə bağlı medianın proqnozlarını tənqid edərək, səsvermə zamanı Konstitusiyanın pozulduğunu bildirib.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

“Mütəmadi olaraq saxta xəbərlər verən media nə səbəbə Co Baydenin prezident olacağını  düşünür, bizə isə 2020-ci il seçkilərində Ali Qanunumuzun nə qədər pis şəkildə pozulduğunu göstərməyimizə imkan vermir? Konstitusiyamız əvvəllər görünmədiyi qədər pozulub”, – deyə Tramp özünün “Twitter” hesabından yazıb.

Onun sözlərinə görə, bir çox müşahidəçi səs sayma yerlərindən qovulub, demokratlar isə milyonlarla bülleteni dəyişdirib.

“Konstitusiyamızın qorunmasında məsul olanlar səsvermə zamanı saxta nəticələrin qüvvədə olmasına imkan verə bilməzlər. Dünya bunu müşahidə edir”, – deyə Tramp vurğulayıb.

Qeyd edək ki, Tramp bundan əvvəl prezident seçkilərinin Konstitusiyaya zidd xüsusiyyətlərinin nümayiş olunacağı “böyük məhkəmə prosesləri” barədə xəbərdarlıq etmişdi.

Mənbə
oxu.az
Hamısını Göstər

Related Articles

Back to top button