Trampın andiçmə nitqi

ABŞ Prezidenti Donald Tramp andiçmə mərasimindəki çıxışı zamanı gələcəkdə ölkəni böyük uğurların gözlədiyini bildirib.

Polise.az Trampın çıxışından əsas başlıqları təqdim edir: 

– O, “sülh yaradan və birləşdirici” olacağını bəyan etdi.

– Amerikanın “Qızıl Dövrü” hazırda başlayır və tezliklə əvvəlkindən daha “böyük”, daha güclü və “daha müstəsna” olacaq.

– Bu gündən etibarən ABŞ-ın rəsmi siyasəti yalnız iki cinsin – kişi və qadının tanınmasıdır.

– O, söz verdi ki, “ABŞ gücü” bütün müharibələri dayandıracaq və dünyaya yeni birlik ruhu gətirəcək.

– O, Panama kanalına nəzarəti bərpa etmək niyyətində olduğunu bildirib, onun sözlərinə görə, Panama öz kanalına nəzarəti Çinə verib, indi ABŞ onu “geri alacaq”.

– “Dünyanın indiyə qədər gördüyü ən güclü ordu” qurmaq niyyətini bəyan etdi.

– O, “Ədliyyə Nazirliyinin siyasi məqsədlər üçün istifadəsinə” son qoymaqla ABŞ-da suverenliyi və ədaləti bərpa edəcəyinə söz verdi.

– O, Ağ Evə qayıtması ilə “Amerikanın tənəzzülünə son qoyulduğunu” vəd etdi.

– O, ilk öncə cənub sərhədindəki vəziyyətlə əlaqədar ümummilli fövqəladə vəziyyət tətbiq edəcəyinə söz verdi.

– O, qeyri-qanuni mühacirlərin “işğalını” dayandırmaq üçün cənub sərhədinə qoşun yeridəcəyini və narkotik kartellərini terror təşkilatları elan edəcəyini bildirib.

– O, söz azadlığını ABŞ-a qaytaracağına söz verdi.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button