Türkiyədən Qarabağ açıqlaması: Müzakirələr gedir
Rusiya və Türkiyə arasında Qarabağda atəşkəsə nəzarət üzrə yaradılacaq ortaq mərkəzin vəzifə prinsiplərinin texniki detalları ilə bağlı müzakirələr davam edir.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən məlumat verilib.
“Kədərdə və sevincdə bərabər olduğumuz Azərbaycanın haqlı davasında bütün imkanlarımızla yanlarındayıq”, – məlumatda bildirilib.