Türkiyə Qara dənizdə qaz tədarükünə apreldə başlaya bilər

Türkiyənin energetika naziri Fatih Dönməz Qara dənizin Sakarya yatağında olan qazın tədarükünün aprelin sonunadək başlayacağını açıqlayıb. O, tədarükün gecikməsini fevral ayında ölkədə baş verən zəlzələlərlə əlaqələndirib.

Polisə.az xəbər verir ki, nazir bu barədə TRT telekanalının efirində bildirib.

“Biz plana əməl etdik, lakin zəlzələlərə görə müəyyən gecikmələr oldu. Aprelin sonuna qədər istehlakçılara qazın verilməsinə başlamağı planlaşdırırıq. Vətəndaşlarımıza verdiyimiz sözə əməl edəcəyik”, – deyə F.Dönməz qeyd edib.

Türkiyə hökuməti daha əvvəl Sakarya yatağından qazın tədarükünün mart ayından başlayacağını bildirmişdi.

Qeyd edək ki, Türkiyə rəsmilərinin məlumatına görə, Qara dənizdəki qaz yataqlarının ehtiyatları təxminən 540 milyard kubmetr təşkil edir. Onlardan ən böyük ehtiyatlar 400 milyard kubmetrdən çox olan Sakarya yatağıdır. İlkin mərhələdə ondan 10 milyon kubmetrə yaxın hasillat nəzərdə tutulub. 2027-2028-ci illərdə qaz hasilatının gündəlik həcmi 40 milyon kubmetr olacaq.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button