“Türkiyə və Azərbaycanın birgə hərbi təlimi İran rəsmilərinin Azərbaycana qarşı terrorçu fəaliyyətlərinə cavab kimi qiymətləndirilməlidir”

Bu fikirlər Türkiyənin “Dik gazetesi”nin Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən “Qardaş yumruğu” təlimi ilə bağlı məqaləsində əksini tapıb.

“Tehranın təhrikinə qarşı Ankara-Bakı əməkdaşlığı və hərbi təlim” adlı yazıda qeyd edilib ki, birgə təlimin əsas məqsədlərindən biri İranın təxribatlarına cavab vermək olub.

Məqalədə İranın Ermənistanla əlaqələri, rəsmi Tehranın Bakı və Ankaraya qarşı provokativ addımlarının səbəbləri geniş təhlil olunub. Vurğulanıb ki, Tehran rejimi başda Azərbaycan və Türkiyə olmaqla qonşularına qarşı ermənilərdən, ASALA, PKK və başqa terrorçulardan tez-tez istifadə edib.

“Məşhur ASALA terrorçusu Monte Melkonyanın İran kəşfiyyatı ilə əlaqələri və 1993-cü ildə Qubadlının işğalından əvvəl baş tutmuş müzakirələri bunun sübutudur”, – yazıda bildirilib.

Qeyd olunub ki, Ermənistanla İran Birinci Qarabağ müharibəsi dövründə də əməkdaşlıq ediblər və bu əməkdaşlıq Azərbaycana qarşı yönəlib:

“1992-ci il mayın 8-də İranın vasitəçiliyi ilə danışıqlar aparıldığı zaman Azərbaycanın Şuşanı itirməsi də danılmaz həqiqətdir. İranın oxşar addımları İkinci Qarabağ müharibəsi vaxtında da davam edib. Türkiyə və Azərbaycanın birgə hərbi təlimləri İran rəsmilərinin Azərbaycana qarşı terrorçu fəaliyyətlərinə cavab olaraq qiymətləndirilməlidir”.

Hamısını Göstər

Related Articles

Back to top button