Türkiyənin hakim partiyası Fransanı tənqid edib: “30 il işğala göz yumdunuz”

“Fransa Azərbaycana hansısa sanksiyalar tətbiq etməkdən danışır. Rəsmi Paris hər şeydən əvvəl 30 il ATƏT-in Minsk qrupunun tərkibində Azərbaycanla Ermənistan arasında problemi həll etmək üçün hansı işləri gördüyündən danışmalıdır”.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini Numan Kurtulmuş deyib.

O, Fransaya müraciət edib: “Sən əvvəl 30 il Minsk qrupunun tərkibində Azərbaycanla Ermənistan arasında problemi həll etmək üçün hansı işləri gördüyündən danış. Bu istiqamətdə bir addım olsun belə atmışdınızmı? Siz həm Ermənistanın Azərbaycan torpaqları olan Qarabağı işğal etməsi üçün siyasi zəmin hazırladınız, həm də işğala göz yumdunuz. Hələ bu azmış kimi indi də Azərbaycana qarşı sanksiyalardan danışırsınız. Belə şey yoxdur”.

N.Kurtulmuş söyləyib ki, Qarabağ Azərbaycanındır və qiyamətə qədər Azərbaycanın olacaq.

Hamısını Göstər

Related Articles

Back to top button