“Türkmənistan yaxın vaxtlarda Türk Şurasına qoşulmalıdır” – Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistan Respublikasının Türk Şurası beynəlxalq təşkilatına üzvlüyü barədə danışıb.
“TRT Haber”ə istinadən xəbər verilir ki, Ərdoğan bu barədə Türkmənistanın neytrallığının 25-ci ildönümü ilə bağlı onlayn konfransdakı çıxışı zamanı danışıb.
Türkmən xalqını təbrik edən Türkiyə prezidenti Türkmənistanın tezliklə Türk Şurasına daxil olmalı olduğunu vurğulayıb. Bu Mərkəzi Asiya ölkəsinin Türk dünyası ilə inteqrasiya, regional əməkdaşlıq və digər mövzularda aktiv fəaliyyəti və dialoqda iştirakı yüksək qiymətləndirilib.
Qeyd edək ki, hazırda Türk Şurasına Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan daxildir.