Ucarda maarifləndirmə tədbirləri keçirilib

Ucar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Boyat kənd tam orta
məktəbində, eləcə də rayon ərazisində yerləşən Ağdam rayon 27 saylı tam orta
məktəbdə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirmə tədbirləri
keçirilib.
Görüşlərdə RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Qoşqar
Kazımov ölkə ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının
alınması istiqamətində görülən tədbirlərdən danışaraq, məktəblilərə bu vasitələrin
cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlər barədə məlumat verib.
Daha sonra çıxış edən digər iştirakçılar keçirilən tədbirlərin mahiyyətindən
danışaraq, təşkilatçılığa görə polis şöbəsinin əməkdaşlarına təşəkkürlərini
bildiriblər.
Hər iki tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button